Bakıda yataqxana binasında yanğın
Bakıda yataqxana binasında yanğın olub.
FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzilin tavanı 15 m² sahədə yanıb.
Yüksək temperaturdan binanın dam örtüyünün taxta atmaları 50 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu