Bakıda yeni park istifadəyə verildi

# 16:40
16 fevral 2022

Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində “Səbail” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib. Qeyd edək ki, parkda tikinti və abadlaşdırma işləri aparılarkən fiziki imkanları məhdud olan şəxslərin rahat şəkildə hərəkət etməsi üçün də şərait yaradılıb.

 

Yeni istifadəyə verilən park şəhərsalmanın standartlarına və müasir tələbələrə uyğun şəkildə qurulub. Yenidənqurma və abadlıq işləri çərçivəsində parkın ərazisində müasir tələblərə uyğun 9 ədəd 10 nəfərlik oturacaqlar quraşdırılıb, xüsusi olaraq hərəkət etmək üçün rezin və daş döşəmələrdən istifadə edilib, 580 ədəd gül, ağac və kol bitkiləri əkilib.

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova deyir ki, parkın əvvəlki ərazisi 4362 kv.m olan park, yeni layihələndirmədən sonra 8096 kv.m böyüdülərək ümumilikdə 12458 kv.m təşkil edir: “Parkın işıqlandırma sistemi mükəmməl şəkildə hazırlanmışdır. Günün istənilən saatında sakinlərin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin edəcək. Parkın digər özəl xüsusiyyəti park ərazisindən dənizkənarı milli Bulvara keçidi təmin edən pilləkənlərin yenidən qurulmasıdır”.

 

Parkın yenidən istifadəyə verilməsi görünür, hər kəsdən çox yaxınlıqda yaşayan ailələri sevindirib.

 

Qeyd edək ki, parkda bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb, uşaqlar üçün uşaq meydançası, idman zonasında isə müxtəlif trenajorlar və qurğular quraşdırılıb.

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR