Bakıda yeni park istifadəyə verildi - APA TV

# 16:27
20 oktyabr 2022

Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində yerləşən park yenidənqurmadan sonra istifadəyə verilib. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova APA TV-yə bildirib ki, park əvvəldən mövcud olsa da, baxımsız vəziyyətdə imiş: “Parkın 1000 kv.mdən çox hissəsi yaşıl örtük, həmişə yaşıl ağaclar əkilmişdir, kol bitkiləri əkilmişdir. Eyni zamanda 800 kv.mdən çox hissəsi tamet örtüklə örtülmüşdür. Azyaşlı sakinlərimiz üçün müxtəlif atraksionlar quraşdırılmışdır, idman qurğuları quraşdırılmışdır. Onu da qeyd etmək istərdim ki, parkın ətrafında olan yol da eyni zamanda yeni asfalt örtüklə əvəzlənmişdir. Bir sözlə parkımız sakinlərin istifadəsindədir. Hər kəsə xoş istirahətlər arzu edirik”.

 

Parkın yenidən istifadəyə verilməsi sakinlər tərəfindən məmnunluqla qarşılanıb.

 

Parkın yenidən qurulmasına ən çox sevinənlər isə paytaxtın balaca sakinləri olub.

 

Açılış mərasimindən sonra Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov, eləcə də rayonun digər rəhbər şəxsləri parkdakı vəziyyətlə tanış olub, sakinlərlə söhbət ediblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR