Bakıdakı bu taksidən dünyanın heç yerində yoxdur: Elə bil cənnətdəsən
Normalda çəkilişlərə şirkətimizin maşını ilə gedib-gəlirik. Amma bu dəfə bir az fərqli oldu. Çəkilişimizi yekunlaşdırandan sonra şirkətə taksi ilə qayıtmalı olduq. Rastımıza çıxan taksi isə əsl sürpriz idi.
Necə deyərlər, bu da Bakının “çiçək taksisi”. Nə yalan danışım. Ömrümdə ilk dəfə idi ki, belə bir taksi ilə qarşılaşırdım. Sanki Bakıda həsrət qaldığımız güllü-çiçəkli, quşların cəh-cəh vurduğu həyətdə oturub yol gedirsən.
Bu cür xoş sürprizlələ tez-tez rastlaşmağımız diləyiylə…
AYTƏN SAKİTQIZI
CEYHUN B AYRAMOV
APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib