Bakının Binəqədi rayonunda kişi qətlə yetirildi – APA TV

# 02:02
13 noyabr 2023

Bakının Binəqədi rayonunda bıcaqlanma hadisəsi baş verib. Olay Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında, keçmiş "Matadrom" yaşayış massivində qeydə alınıb. “77-PZ-760” dövlət nişanlı “Hyundai” markalı maşının sürücüsü nəqliyyat vasitəsini adı çəkilən ünvanda saxlayıb və

Bıçaqlanmış vəziyyətdə olan Savadov İzmir Sabutər oğlu özünə məxsus avtomobil ilə hadisə şahidinin köməkliyi ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin o, yolda yəni avtomobildə dünyasını dəyişib. Baş vermiş qətl hadisəsindən sonra əraziyə Binəqədi Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları cəlb edilib. Müşahidə kameralarından görüntülər incələnib, hadisə şahidləri dindirilib. Prokurorluq orqanın əməkdaşları ekspertiza işləri aparıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR