Balakəndə qazın verilişi dayandırılıb
Son günlər ölkənin şimal-qərb bölgəsində havanın yağmurlu, soyuq və şaxtalı keçməsi səbəbindən Balakən rayonunda təbii qazın verilməsində fasilə yaranıb.
Şaxtalı hava səbəbindən dəmir konstruksiyalı qaz xətlərinin bəziləri sıradan çıxıb və sızmalar baş verib.
Sakinlərin verdiyi məlumata əsasən havalar soyuyandan sonra təbii qazın verilməsində bir-sıra problemlər yaranıb.
Baş verən nasazlıqların aradan qaldırılması üçün əraziyə "Azəriqaz" İB-nin Zaqatala Regional Qaz İstismar İdarəsinin əməkdaşları cəlb edilib, təmir bərpa işlərinə başlayıblar.
Regional idarədən bildiriblər ki, qəza şəraitinin aradan qaldırılması istiqamətində bütün mümkün tədbirlər görülməkdədir.
"Azəriqaz" İB-dən o da bildirilib ki, abonentlərin mavi yanacaqla təmin olunmaları üçün bütün imkanlar səfərbər olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu