Həm musiqiçi, həm idmançı, həm rəssam...

# 11:51
18 noyabr 2022

60 yaşlı Şirvan sakini ürəyindəki həyat eşqi və bacarıqları ilə onu tanıyanları heyran edir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Nazim Cəfərov  həm idmançı, həm rəssam, həm də musiqiçidir. Əsasən yağlı boya ilə işləyən müsahibimiz deyir ki, 50 ildən çoxdur rəsm çəkməklə məşğuldur. 

Portret, mənzərə və natürmort janrında işləməyi sevir.

Rəssamlıqla yanaşı musiqiyə də böyük marağı olan həmsöhbətimiz deyir ki, bu onun üçün adi bir vərdiş deyil. O deyir ki, musiqi təkcə zövq oxşamaq üçün deyil, o həm də yaratdığı rəsm əsərlərinin ruhuna sirayət edir.  

Nazim Cəfərov yaşının çox olmasına baxmayaraq fiziki cəhətdən şux qalmasını bu yaşa kimi idmanla məşğul olmaqda görür. O deyir ki, idman antivirusdur, yaşamaq üçün motivasiyadır. 

Müsahibimiz deyir ki, rəsm çəkmək həm hobbi, həm də gəlir mənbəyidir. İllər ərzində həm öz kolleksiyası üçün və həm də sifarişlər əsasında əsərlər yaradıb.

 

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR