Balakəndə reyd keçirildi – SÜRÜCÜLƏRƏ QARŞI

# 15:24
3 may 2021

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin müxtəlif küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Qayda pozuntularına yol verən avtomobil sahiblərinə qarşı inzibati tənbeh tədbirləri görülüb.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR