Yevlaxda iki minik maşını toqquşdu, 1 nəfər öldü
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Dəhşətli qəza Migəçevir-Bəhrəmtəpə yolunun Yevlax rayonun Hürüuşağı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza zamanı “Vaz” markalı avtomobilin sürücüsü, 21 yaşlı Seymur Talıbov hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibb yardım göstərilib. Məlumata görə, xəsarət alan şəxslər Şəki rayon sakinlərdir. Onlar Gəncə şəhərinə məktəb paltarı və ləvazimatları almaq üçün gedirlərmiş. Faktla bağlı araşdırma aparılır. Emin Babayev Fəzail Səfərov
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi