Balıq ovlayan şəxslər saxlanıldı
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıblar.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Şirvan kollektrounun rayonun Burunlu kəndi ərazisindən keçən hissəsində elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunublar. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Şahmar Kərimli, Cavidan Rəhimov və Elşən Vəlizadə olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib