Baş prokuror 11 yaşında ana olan qızdan danışdı
Baş prokuror Kamran Əliyev İmişli rayonda 11 yaşlı qızın dünyaya uşaq gətirməsinə münasibət bildirib.
APA TV-nin məlumatına görə, Baş Prokuror deyib ki, İmişlidə baş vermiş hadisədə şübhəli bilinən şəxs saxlanılıb: “İlkin hadisə prokurorluğa bəlli olandan sonra dərhal faktla bağlı cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib, saxlanılıb. İntensiv hərəkətlər gedir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud sübutlar əsasında həll ediləcək”.
Baş Prokuror deyib ki, bu, çox ciddi məsələdir, daim nəzarətdə saxlanılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib