Baş Qərargah: Rusiya Abxaziya və Cənubi Osetiyadakı bölmələrini Ukraynaya köçürüb
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.
Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.
7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.
Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi