Başqasının borcunu tələb etdi: HƏMKƏNDLİSİNİ BIÇAQLADI
Tovuzda 34 yaşlı şəxs 36 yaşlı həmkəndlisini qətlə yetirib. Hadisə rayonun Əyyublu kəndində baş verib. Tural Hüseynov onun yaxınına pul borcu olan həmkəndlisi Bəxtiyar Əkbərovla mübahisə edib. Daha sonra ətrafdakıların müdaxiləsi ilə hər iki şəxs sakitləşdirilib. Bir müddət sonra Tural Hüseynov əldə etdiyi bıçaqla yenidən Bəxtiyarla mübahisə etdiyi əraziyə dönüb və bu zaman Tural Bəxtiyara bıçaqla zərbələr endirib. Bəxtiyar Əkbərov xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib. Mərhumun yaxınlarının bildirdiyinə görə, Tural Hüseynov mərhumu qətlə yetirən zaman sərxoş olub.
Hadisəni törətməkdə şübhəli bilinən Tural Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu