Ermənistan yenə Rusiyaya şikayət edir: Paşinyanın gülünc iddiası

# 13:50
5 yanvar 2023

"Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı addım gözləyir".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışı zamanı deyib. O əlavə edib ki, Azərbaycan beynəlxalq təzyiqlərə baxmayaraq, 25 gündür ki, Laçın dəhlizini bağlı saxlayır və yolun açılması üçün heç bir tədbir görmür: “Laçın dəhlizinin bağlanmasının səbəbləri müxtəlifdir, lakin düşünürəm ki, Dağlıq Qarabağ erməniləri öz vətənlərində yaşamağa davam etməli və bunu da beynəlxalq ictimaiyyət görməlidir”.

Nə qədər gülünc görünsə də, erməni Baş nazir azərbaycanlı eko fəalların, könüllülərin dinc aksiyasını Qarabağdakı ermənilərə qarşı soyqırımı adlandırıb. Paşinyan bu saxta ittihamı əsas gətirərək BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən dəstək gözlədiklərini bildirib. O deyib ki, Laçın dəhlizinə nəzarəti birbaşa vəzifəsi olaraq qəbul edən Rusiya Federasiyasından daha məzmunlu addımlar gözləyirlər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası 25 gündür davam edir. Bu günə qədər humanitar məqsədlər üçün ərazidən keçən heç bir nəqliyyat vasitəsinə maneə yaradılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR