Baxmutda Rusiyanın gücü tükənir, itkilər verirlər
Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski münaqişələrin davam etdiyi Baxmut şəhərində Rusiyanın gücünün tükənməyə başladığını və tezliklə bu fürsətdən yararlanacaqlarını bildirib.
Sirski bu haqda sosial media hesabında açıqlama verib.
O, Rusiyanın “əsgər və texnika itkisinə baxmayaraq” Baxmutu nəyin bahasına olursa-olsun ələ keçirmək ümidindən əl çəkmədiyini bildirib:
“Onlar böyük itkilər verirlər və gücləri tükənir. Biz bir vaxtlar Kiyev, Xarkov, Balakliya və Kupyanskda etdiyimiz kimi bu fürsətdən çox yaxında yararlanacağıq”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu