Bazar gününün hava PROQNOZU

# 13:16
9 iyul 2022

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR