BBC-nin separatçı sevgisi: Efirini “arayiklər” bürüyüb

# 19:54
4 sentyabr 2023

BBC-nin Azərbaycan xidmətinin Qarabağla bağlı reportajları ictimaiyyətdə narazılıqlar yaradıb. Bir çox ekspertlər bildiriblər ki, adıçəkilən media qurumu separatçılığı təbliğ edir və onun ölkə üzrə fəaliyyəti dayandırılmalıdır. Məsələ ilə bağlı kanalımıza açıqlama verən deputat Azay Quliyev bildirib ki, BBC-nin Azərbaycanda heç bir halda işğalın qalıqlarını və separatizmi dəstəkləməsinə göz yummaq olmaz. Deputat əlavə edib ki, müvafiq qurumlar BBC-nin Azərbaycan əleyhinə mövqeyi ilə bağlı tədbirlər görməlidirlər. Deputat əlavə edib ki, BBC post-Sovet məkanında hər zaman separatizmi qınayıb və onlara informasiya dəstəyi verməyib, lakin Azərbaycana qarşı ayrı-seçkilik sərgiləyib. Azay Quliyev vurğulayıb ki, məhz Qarabağ məsələsində bu media qurumunun ikili siyasəti özünü daha qabarıq biruzə verib. Media qurumu hətta separatçılara söz haqqı verməkdən belə çəkinməyib. Halbuki bunu digər separatçı bölgələrlə bağlı heç vaxt etməyib. “BBC-Azərbaycanın Ağdam-Xankəndi yolundakı humanitar yüklə bağlı reportajı beynəlxalq jurnalistikaya və elə BBC-nin özünü etik meyarlarına ziddir” Bunu isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib. O əlavə edib ki, BBC-nin son vaxtlar efirə verilən süjet və videomateriallarda tərəfsizlik prezumpsiyası pozulub. Vüqar Zifəroğlu onu da əlavə edib ki, BBC qondarma “Artsax” ifadəsindən istifadə edərək beynəlxalq hüququn və jurnalistika prinsiplərinin tələblərini pozmuş olur. Bəs görəsən, BBC-nin Azərbaycan ərazisində separatçı fəaliyyəti ilə bağlı hansı hüquqi tədbirlər görülə bilər? Hüquqşünas Şamil Paşayev bildirib ki, bu istiqamət üzrə beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi əsas götürülməlidir. Hüquqşünas Şamil Paşayev onu da əlavə edib ki, separatçılığı təbliğ edən media qurumlarının fəaliyyətinə və onların əməkdaşlarının Azərbaycana girişlərinə məhdudiyyət qoymaq üçün məhkəmələr tərəfindən müvafiq qərarlar verilə bilər. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR