“Belə gözəl mənzərələri təsəvvür belə edə bilməzdik” - VİDEO

# 05:00
19 fevral 2022

“Xarici səyyahlar elə bilirdilər ki, Qarabağdakı evlər müharibə zamanı dağılıb, biz isə onlara bildirdik ki, evlər işğaldan sonra, ermənilər tərəfindən qəsdən dağıdılıb, talan edilib”.

Bunu kanalımıza açıqlamasında məşhur fotoqraf Reza Diqqəti xarici səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfərlərinə münasibət bidirərkən deyib. O qeyd edib ki, səyyahların ermənilərin etdiyi vəhşilikləri öz gözləri görməsi çox mühüm məsələdir.

“Biri var Azərbaycanı media tanıtmaq, biri də var öz gözləri ilə görmək. Səyyahlar Qarabağda baş verənləri gedib görməsələr oralarda nə baş verdiyi bilməyəcəklər. Onlar Qarabağdakı baş verənlərə inanmırdılar. Daha sonra mən rayonlardakı dağıntıların ermənilər tərəfindən işğaldan sonra dağıdıldığını bildirdim. Onlar evlərin qapısını, taxtasını çıxarıb İrana satıblar. Ermənilər isə hamıya bildirirlər ki, rayonlar müharibə zamanı dağılıblar. Amma əslində elə olmayıb.”

İtaliyalı səyyah Nikola Koratella da səfərlər zamanı böyük dağıntıların şahidi olduğunu bildirib və əlavə edib ki, dağıntılarla yanaşı, böyük quruculuq, tikinti işlərini də davam edir. O, Kəlbəcərin möhtəşəm təbiəti olduğunu, ümumilikdə Qarabağın böyük turizm potesialı olduğunu vurğulayıb.

“Düşünürəm ki, insanlar 2 kateqoriyaya bölünür. Birincisi, sakit təbiəti, dağları, mənzərəni gəzməyi sevənlərdir. İkinci kateqoriya insanlar isə sadəcə bir yerə köçüb öz həyat tərzini quraraq işləyənlərdir. Həmin adamlar ancaq internet üzərindən fəaliyyət göstərirlər. Biz onlara rəqəmsal köçərilər deyirik. Onlar üçün harada yaşamağın fərqi yoxdur. Dostlarımın bəziləri dağlarda yaşayaraq bu cür həyat tərzi keçirirlər. Düşünürəm ki, Kəlbəcər rayonu belə insanları əsl yeridir.”

“Gördüyümüz gözəlliklərimizi heç təsəvvür belə edə bilməzdik.”

Bunu isə açıqlamasında portuqaliyalı səyyah Luis Pedras deyib. O Qarabağ təbiətinin çox rəngarəng olduğunu və həm Yeni Zelandiyanı, həm də Alp dağlarını xatırladan mənzələrin olduğunu bildirib.

“Kəlbəcərin gözəl dağları var. Biz çox heyran qaldıq. Ümumiyyətlə, Qarabağda, gəzdiyimiz rayonların öz gözəlliyi var. Belə gözəl mənzərələri təsəvvür belə edə bilməzdik. Bəzi yerlər Yeni Zelandiyanı, Alp dağlarını xatırladır.

Luis Pedras səfər zamanı Cəbrayılda, Ağdamda, Füzulidə böyük tikintilərin getdiyini qeyd edib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR