Bələdiyyələr bundan sonra belə fəaliyyət göstərəcək

# 19:37
14 mart 2022

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanda yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" proqramının icrasına başlayıb.

 

APA TV-nin xəbərinə görə, "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" proqramı 2024-cü ilə qədər davam edəcək və Şərq Tərəfdaşlığı (ŞT) regionunda dayanıqlı inkişafı hədəfləyəcək.

Layihənin açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib ki, "İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri" proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə Yerli İqtisadi İnkişaf Planlarının hazırlanması prosesində dəstək veriləcək.


Səfir Azərbaycanın regionlarına səfərini xatırladaraq deyib ki, Aİ-nin dəstəyi ilə Azərbaycanın 45 şəhərinin və rayonun iqtisadi inkişafına töhfə verən layihələr dəstəklənib, yerli idarəçilərlə əməkdaşlıq səmərli şəkildə aparılır.

 

2024-cü ilə qədər davam edəcək layihə çərçivəsində yerli bələdiyyələr yeni fürsətlərə və maliyyələşmə imkanlarına çıxış əldə edə biləcəklər.

 

Qeyd edək ki, bu layihə "Şərq Tərəfdaşlığı" regionunda həyata keçirilir və ümumi büdcə 10 milyon avro təşkil edir.


Semral Cavad

Kamran Namazov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR