Pirşağı sahilində suiti cəsədləri aşkarlandı

# 21:03
11 oktyabr 2021

 “Xəzərin Pirşağı sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb. Belə qənaətə gəlmək olur ki, yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də öldürülüb. Balıqçılar onlardan azad olmaq üçün kəsici alətlərdən istifadə edib”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədovanın sözlərinə görə, dəniz sahilində aşkarlanan suitilərindən 7-si əvvələ aiddir:

 

 “Apardığımız müşahidələr zamanı cəsədlərin köhnə cəsədlər olduğu aşkarlandı. Yalnız bir neçəsi yeni cəsəddir. Cəsədlər haqqında bir fikir irəli sürmək çətindir. Ona görə ki, hazırkı dövrdə suitilər Xəzərin şimal sahillərində olurlar orda artıb bala verirlər. Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır”.

 

Arzu Səmədova bildirib ki, yaşlı fərdlər qida axtarışında olarkən özlərini dənizdə olan qayalıqlara çırpa bilirlər.

 

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov isə APA-ya bildirib ki, müşahidələr suitilərin ayrı-ayrı vaxtlarda balıqçı toruna düşdüyünü göstərir. Onun sözlərinə görə, balıqçılar onlardan azad olmaq üçün kəsici alətlərdən istifadə edib, yaralayıblar ki, suitilər qan itirərək ölüblər.

 

#xəzər dənizi, #pirşağı, #sahil, #suiti

Nərmin Murad

Xəqani Hüseynov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR