Bərdədə ağır qəza, mikroavtobusla minik maşını toqquşdu
Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb. 10-XB-318 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı "VAZ 2104" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri - 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Mösum qızı xəsarət alıb. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Emin Babayev, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib