Bəstəkar Nailə Mirməmmədli vəfat edib
Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.
Bu barədə APA TV-yə BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.
Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır.
Nailə Mirməmmədli 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində, 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi. İki oğlu, bir qızı var.
Allah rəhmət eləsin!
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU