Bəxtiyar Hacıyevə hökm oxundu: 1 ay 20 gün

# 18:44
9 dekabr 2022

Vətəndaş Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.

 

Bu barədə APA informasiya agentliyi məlumat yayıb. Məlumata görə, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib.

B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci və 289-cu maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb.

 

Onun jurnalist Ülviyyə Alovlu ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə məhkəməyə hörmətsizlik etdiyi iddia olunur.

Hacıyevin vəkili Aqil Layıc qərardan apellyasiya şikayəti veriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR