Beyləqan sakini oğlunun toyuna 1 gün qalmış həbs olundu

# 15:19
20 dekabr 2022

Beyləqan sakini evinin qarşısında qumar təşkil edib.

 

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar məclisi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.

 

Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

 

Lent.az-ın verdiyi məlumata görə, S. Mehdiyevin oğlunun sabah toyu olacaqmış. Qumar məclisi də elə onun oğlunun ciyər axşamı yığıncağında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR