Beyləqanda manat yeyən artezian quyusu

# 17:03
13 may 2022

Yox, yox. Bura quraqlıq hökm sürən kəndlərimizdən deyil. Beyləqanın ən sulu və ən susuz kəndlərindən biri olan Milabad kəndidir. Bəli, burada qrunt suların çoxluğu torpağın şoranlaşmasına və kəndin bataqlığa çevrilməsinə səbəb olsa da, camaat içməyə su tapmır.

 

Bəli, Milabadda qazılan quyu işə salınandan qısa bir müddət sonra dayandırılıb. Səbəb isə sudan pis qoxunun gəlməsidir. Həm içməli, həm də təsərrüfat suyu kimi istifadə olunması nəzərdə tutulan quyunun suyunun içməyə yararsız olması kənddə böyük bir qarışıqlıq salıb. Qarışıqlıq isə ondadır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti, nə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC quyunu öz balansına götürmür.

 

Tikintiyə dövlət büdcəsindən ayrılan pulun havayı xərclənməsi bir yana, avadanlıqların  açıq havada istifadəsiz qalıb paslı, lazımsız metal yığınına çevrilməyi də heç kimi maraqlandırmır. Biz də yenə mikrofonu kənd sakinlərinə uzatdıq ki, dedik ay camaat  sizin və xərclənən pulun qeydinə qalmayanlar bir yana, bəs sizə su lazım deyil?

 

Kənddəki vəziyyətlə tanış olandan sonra yarımçıq işə cavabdehlik məsələsində ortaq məxrəcə gəlməkdə çətinlik çəkən hər iki qurumla əlaqə saxlamağa çalışdıq. Bu səbəbdən yollandıq Beyləqan rayon Sukanal İdarəsinə. İdarədən bildirildi ki, sözügedən su quyusunun qazılması planlaşdırılanda həm içməli, həm də təsərrüfat suyu üçün nəzərdə tutulub. Quyuya nəzarət isə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Lakin quyu istifadəyə verildikdən sonra məlum olub ki, su, içməli su kimi yarsız, təsərrüfat suyuna yararlıdır. Bu səbəbdən də quyu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC - nin balansına verilməlidir. Əhalinin içməli su probleminin həllinə gəldikdə isə hazırda Milabad kəndi də daxil olmaqla 13 yaşayış məntəqəsində krantlaşdırma işlərinin aparılması üçün layihə hazırlanıb. Layihənin ən qısa vaxtda icrasına başlanması üçün bütün güclər səfərbər olunub.

 

Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC –nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla da əlaqə saxladıq.

 

Ümid edirik ki, yayın cırhacır istiləri düşməmiş bu dolaşıq məsələyə bir açar tapan olacaq.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Beyləqan

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR