Bəzi ərazilərə yağış yağacaq - HAVA PROQNOZU

# 13:36
19 iyul 2022

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR