Bəzi yerlərdə temperatur 29 dərəcə olacaq - PROQNOZ

# 13:40
27 may 2022

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR