Biləsuvarda Bakı sakinlərindən 3 kq-dan artıq narkotik vasitə götürülüb
Biləsuvarda saxlanılan Bakı sakinlərinin olduğu avtomobildən külli miqdarda heroin aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirib.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Qaradağ rayonunun sakinləri Anar Nəsirov və Anar Feyzullayev sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə keçirilən baxış zamanı həmin avtomobildən Anar Nəsirova məxsus ümumi təmiz çəkisi 3 kiloqram 230 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri