Biləsuvarda bir sıra oğurluq hadisələrinin üstü açılıb

# 01:22
27 noyabr 2021

 

Biləsuvarda aptek və mağazalardan, yük maşınlarından oğurluq edən şəxslər yaxalanıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 aptek və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib. Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4437 manat nağd pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə Elməddin Kərimovun Cəlilabad rayonu ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.

Elməddin Kərimov (saxlanılan şəxs) Biləsuvarda 4, Cəlilabadda 1 obyektə girmişəm. Gecə yarı girirdim ki, nə obyekt yiyəsi orada olsun, nə satıcı. Ancaq kassadakı pulları götürmüşəm, başqa heç nəyə dəyməmişəm.

Biləsuvar polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə yük avtomobillərinin akkumlyatorlarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri Seyidağa Əzimzadə, Mülazim Nağıyev və Namiq Əliyev saxlanılıblar. Onların iki ədəd yük maşınından 600 manat dəyərində olan dörd ədəd akkumlyator oğurladıqları müəyyən edilib. Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR