Biləsuvarda əməliyyatlar: 11 nəfər saxlanıldı

# 16:09
18 yanvar 2023

Biləsuvarda xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən şəxs saxlanılıb. Ondan 13 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq götürülüb.

 

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən Nicat Babayev Biləsuvar rayonu ərazisində saxlanılıb.

 

Ona məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə 7 kiloqrama yaxın heroin, 5 kiloqram 200 qram həşiş qətranı, 500 qram marixuana, 390 qrama yaxın metamfetamin və 230 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, Nicat Babayev həmin narkotik vasitələrin satışını təşkil etməli imiş.

 

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 11 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR