Şəhidin yaşadığı evdə muzey yaradıldı

# 20:52
16 noyabr 2021

Gəncədə 44 günlük vətən müharibəsinin şəhidi Oktay Məmmədovun il dönümü qeyd edilib.

APA TV-nin xəbərinə görə, mərasim iştirakçıları öncə Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Anım mərasimində şəhidin döyüş yolu barədə söhbət açılıb, onun müharibə zamanı göstərdiyi şücaət danışılıb. Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını bildiriblər.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Oktay Məmmədov 1 yanvar 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2011-ci ildə İsmət Qayıbov adına 1 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Oktay uşaqlıqdan vətənə torpağa bağlı olub. Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində valideynlərindən xəbərsiz könüllü olaraq döyüşlərə qatılıb. Füzuli, Xocavənd, Şuşa və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qələbəyə bir gün qalmış Şuşanın Daşaltı kəndində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Ailəsi ilə sonuncu dəfə noyabrın 7-si səhər saatlarında danışıb.

Şəhid Oktay Məmmədovun yaşadığı evdə yaxınları tərəfindən ev-muzey yaradılıb. Yaradılan muzeydə şəxsi əşyaları, ona həsr edilmiş kitablar, ömür yolunu əks etdirən fotostend sərgilənir.

Qeyd edək ki, Oktay Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə” “Vətən Uğurunda” və “Cəsur döyüşçu” medalları ilə təltif edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR