Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı
Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
APA TV xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz rəsmi tviter hesabında paylaşıb.
Səfir, həmçinin paylaşımında Prezident İlham Əliyevin Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçini xəstəxanada ziyarət etdiyini də xatırladıb: “Yaxından maraq göstərdiyi üçün cənab Prezidentə təşəkkür edirik. Var olsun! Onların vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - deyə səfir bildirib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib