“Bir kilometr aralıya top mərmisi düşdü” – Yaralanan mülki ŞƏXS DANIŞIR
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən yaralanan 2 mülki şəxsdən birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Yaralanan şəxslər əslən Kəlbəcərdən olan, hazırda Goranboy rayonunun Veyisli və Qaraçinar kəndlərində yaşayan 47 yaşlı Asim Musayev və 38 yaşlı Arzuman Orucovdur.
Tibb ocağından bildirilib ki, 3 gün öncə əməliyyat olunan Asim Musayevin vəziyyəti normaldır. Onun həyatı üçün təhlükə yoxdur. Yaxın günlərdə Asim Musayevin evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, xəsarət alanların hər ikisinə əvvəlcə yaxınlıqda yerləşən bölmələrimizin hərbi qulluqçuları tərəfindən tibbi yardım göstərilib. Daha sonra isə onlar müalicənin davam etdirilməsi üçün tibb müəssisələrinə yerləşdirilib. Mülki şəxslərin yaralanması ilə bağlı hazırda Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu