Bir rayonda iki ağır qəza: 2 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR YARALANDI

# 16:58
18 iyul 2022

Salyanda ağır yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun Xocalı kəndi ərazisindən keçən hissəsində  qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Aşağı Surra kənd sakini Elçin Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən “Qazel” markalı yük maşını qəfil dönmə manevri edib. Bu zaman o, yük maşınına vurmamaq üçün əyləci basıb və maşın aşaraq yol kənarında qarpız satan şəxsləri vurub.

Hadisə nəticəsində rayonun Xocalı kənd sakini, 62 yaşlı Canoğlan Həsənov və onun qardaşı oğlu, 33 yaşlı Çingiz Həsənov xəsarət alıblar.

Digər qəza isə Salyanın 20 yanvar küçəsində qeydə alınıb. Belə ki, rayonun Çuxanlı kənd sakini, 68 yaşlı Şərifalı İbişov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində sürücü və sərnişin, 64 yaşlı Məhbubə Bayramova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən sürücü yolda keçinib. Digər yaralı isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Məhbubə Bayramovanın da həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR