Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin yaxınları Şuşa həbsxanasında

# 19:45
5 sentyabr 2023

 

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib. İkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət edib. İtkin düşmüş Məmmədov Əhməd Mustafa oğlunun qızı Sevinc Hacıyeva və bacısı Yasəmən Qurbanova azad olunmuş torpaqlarımızda öz doğmalarından bir naşənə axtaranlardandır. İtkin Mirzəyev Vəfadar Əsədulla oğlunun bacısı Fəridə Məlikova isə Şuşaya bir ümidlə gəlib. Bəlkə onun da qardaşından bir soraq olar: Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir. Qeyd edək ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR