BMT nümayəndələrini gətirən təyyarə Füzuli hava limanına endi
Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.
APA-nın bölgə müxbiri xəbər verir ki, səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəliblər.
Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək. Füzuli səfəri zamanı qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu