Ticarət mərkəzindəki partlayışda ÖLƏN VAR
Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub.
TASS-ın yaydığı məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub.
Rusiya Fövqəladə Hallar Nazirliyi hipermarketdə yanğın zamanı bir nəfərin öldüyünü açıqlayıb.
Yanğın 5 min kvadrat metr ərazini əhatə edir.
Yanğının mağazada elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Köç karvanı: Daha 50 ailə DOĞMA YURDLARINA QOVUŞUR
İşğaldan olunan ərazilərdə şagird və tələbələrin sayı bəlli oldu
Birincilər ilk dərs günündə nələr danışdılar?