Boğazına dəmir parçası bağlayıb özünü Kürə atdı – OĞLUNA GÖRƏ

# 18:39
5 aprel 2021

Oğlu itkin düşən ata özünü Kür çayına atdı

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Həmin şəxsin batdığı yerdə axtarışlar aparan Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti batdığı yerdən 10 metr kənarda sudan çıxararaq təhvil veriblər.

Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları suda batan şəxsin Əsədli kənd sakini, 1950-ci il təvəllüdlü İsfəndiyar Abbasov olduğunu müəyyən ediblər.

İntihar etdiyi körpünün üstündə onun “Mercedes” markalı avtomobili aşkar edilib və avtomobildən onun  intihara məcbur edən səbəb barədə məktub da tapılıb.

Məktubda qeyd edilib ki, İsfəndiyar Abbasov bir il əvvəl itkin düşən oğlu Ziyanın ayrılığına dözə bilmədiyi üçün bu addımı atıb. İntihar etməzdən əvvəl o boğazına ağır dəmir parçası bağlayaraq özünü  çaya atıb.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR