BQXK Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqlayıb
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolunda keçirdiyi əməliyyatların sayını açıqlayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavab olaraq bildirib ki, 19 dekabr 2022-ci il tarixindən bəri BQXK humanitar neytral vasitəçi olaraq, Laçın koridoru boyu 12 əməliyyat həyata keçirib.
Bu əməliyyatlar zamanı 36 xəstə və onları müşayiət edən şəxslər təxliyə olunub. Bundan əlavə, tibb müəssisələri üçün dərman ləvazimatı, ərzaq təminatı və uşaq yeməkləri çatdırılıb.
“Biz əlaqədar qurumlarla dialoqu davam etdiririk və neytral vasitəçi olaraq, humanitar məsələlərin qarşılanması istiqamətində dəstək verməyə hazırıq”, - İlahə Hüseynova qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib