BQXK tərəfindən ANAMA-nın tibb heyətinə təlimlər keçirilir

# 16:06
18 oktyabr 2022

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinin tibb heyəti üçün “Partlayış travmaları zamanı ilk yardım” mövzusunda təlimlərə başlanılıb.

APA TV-nin məlumatına görə, təlimlərin məqsədi ANAMA-nın minatəmizləmə əməliyyatlarına dəstək verən tibb heyətinin təxirəsalınmaz hallarda tibbi cavab tədbirlərini göstərmək bacarıqlarını daha da zənginləşdirməkdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən keçirilən təlimlərə Cenevrədən gələn beynəlxalq tibb ekspertləri cəlb olunub. Nəzəri və praktiki mərhələdən ibarət olan təlimlər Agentliyin Horadiz və Tərtər Regional Mərkəzlərində keçirilir.

Təlimdə mina hadisəsi baş verdikdə partlayış travmaları zamanı ilkin tibbi yardım, qanaxmanın dayandırılması, ağrının idarə olunması, kəllə-beyin və onurğa zədələri, zərərçəkən şəxsin həyatı üçün təhlükə yaradan məqamların aradan qaldırılması məqsədilə bilik və bacarıqlar təkmilləşdirilir.

Qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan sahə işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitəsi, eləcə də zəruri bilik və təcrübəyə malik həkim heyətinin sahələrdə mövcudluğu mütləq amillərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR