BŞİH-nin sabiq Aparat rəhbəri Rasim Quliyev saxlanıldı
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev saxlanılıb.
APA TV xəbər verir ki, onun barəsində aparılan yoxlamalar zamanı sabiq aparat rəhbərinin korrupsiya əməlləri ortaya çıxıb.
Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib.
Binəqədi rayon Məhkəməsi tərəfindən R. Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidməti APA-ya faktı təsdiqləyib.
Qeyd olunub ki R.Quliyevin həbsi ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik