BŞTİ sinif yoldaşını döyən şagirdlə bağlı QƏRARI AÇIQLADI

# 12:15
21 noyabr 2022

Bir müddət öncə paytaxtdakı 112 nömrəli tam orta məktəbdə sinif yoldaşına qarşı fiziki zorakılıq göstərən şagirdlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

İdarədən APA-ya verilən xəbərə görə, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

 

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR