Bu 16 yaşlı qızın ikinci ailə həyatıdır? - “Bilsəydik yaşı azdı, almazdıq”

# 20:03
11 aprel 2022

Gəncədə 16 yaşlı qız ana olub.

APA TV-nin yerli bürosunun məlumatına görə, 16 yaşlı Leyla Əliyeva Gəncə Perinatal Mərkəzə saat 04:42-də  ağır vəziyyətdə daxil olub. Yeniyetmənin üzərində şəxsiyyəti təsdiq edən hər hansı bir sənəd olmayıb. Yaxınları qadının 19 yaşında olduğunu bildirib və yeniyetmə tibb mərkəzində bu yaşla qeydiyyatdan keçib. Tibb işçiləri ilk olaraq ana və uşağın həyatda qalmasına çalışıb.

Dünyaya gələn uşaq qız uşağıdır və onun 4 kq çəkisi,  52 sm boyu var. Əməliyyatdan sonra isə ana Leyla Əliyevanın şəxsiyyətinin dəqiqləşdirilməsi prosesi aparılıb. Məlum olub ki, ananın 19 deyil 16 yaşı var. Həkimlərin sözlərinə görə, Leyla Əliyeva  110-kq çəkidə olub və 16 yaşlı yeniyetməyə bənzəməyib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, yeniyetmə ana Şəmkir rayon Seyfəli kəndində anadan olub. Təxminən iki il öncə Gəncə şəhərinə ərə gəlib. Əməkdaşlarımız qadının yaşadığı yataqxanada olublar. Qadının qonşuları da onun 16 yaşlı yeniyetmə olmasına inana bilmir.
Sözü gedən ünvandan çəkiliş apardığımız  zaman, onu da öyrəndik ki, 16 yaşında ana olan Leyla Əliyeva bu evlilikdən öncə də ailəli olub. Faktı onun baldızı da təsdiq etdi.

Artıq Gəncə şəhər Baş Polis İdarəsində fakt nəzarətə götürülüb.

Sözügedən Faktı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi də nəzarətdə saxlayır.

Qeyd edək ki, qız 14 yaşında olarkən 1993-cü il təvəllüdlü Orucov İbrahim Rafiq oğlu ilə evlənib. Onların toy mərasimi ailə daxilində keçirilib. 16 yaşlı ana həyat yoldaşından 13 yaş kiçikdir.

 

Fuad Nazimoğlu, Mehdi  Məmmədov,   APA TV,  Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR