Əməkdar artist Qubada dəfn olundu

# 18:29
16 noyabr 2021

Əməkdar artist Məcnun Hacıbəyov dəfn olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, aktyor Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, M. Hacıbəyov bu gün səhər saatlarında dünyasını dəyişib. O, uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında COVID-19-dan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR