“Bu barbar hərəkət iyrənclikdən başqa bir şey deyil”

# 18:35
15 aprel 2023

Bu gün Azərbaycan İdman Jurnalistləri ictimai birliyi İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına etiraz olaraq brifinq keçirib və baş vermiş hadisə ilə bağlı bəyanat yayıb. İdman jurnalistləri Azərbaycan bayrağına qarşı törədilmiş təxribatı şiddətlə qınayaraq Ermənistanın bu cür nüfuzlu tədbirlərin keçirilməsinə hazır olmadığını bildiriblər.

 

Tədbirdə çıxış edən Azərbaycan İdman Jurnalistləri ictimai birliyinin rəhbəri Azər İsmayıl deyib ki, bu, idman hadisəsi yox, siyasi təxribatdır

Jurnalist Sənan Şəfizadə isə bildirib ki, Ermənistan söz verməsinə baxmayaraq idmançılarımızın təhlükəsizliyini təmin etmək gücündə deyil, buna görə də idmançılarımızın vətənə qayıtmağı ən düzgün qərardır.

İdman jurnalistləri mətbuat adamlarını xüsusən, ingilis və rusdilli medianı sosial şəbəkələrdə bu məsələ ilə bağlı aktiv olmağa çağırıb.

 

Sonda idman sahəsindəki Azərbaycan QHT- ləri Ermənistanda Dövlət bayrağımızın yandırılması faktı ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Bəyanatda qeyd olunub ki, Ermənistandakı idman yarışında Azərbaycan bayrağının yandırılması idmanın fundamental dəyərlərinə hörmətsizlikdir. Vurğulanıb ki, turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR