Bu dayanacaqlardan uzaq durun: 50 dəqiqə avtobus gözləyəcəksiniz
Sumqayıt sakinləri ictimai nəqliyyatla bağlı yaranan vəziyyətdən şikayətçidirlər.
Sakinlər bildirirlər ki, şəhərin mərkəzində 30-40 dəqiqə avtobus gözləməli olurlar. İntervallar pik saatlarda 50 dəqiqəyə çatır. Kart sisteminə keçiddən sonra vəziyyətin düzələcəyini düşünsələr də, ümidləri özünü doğrultmayıb. Ötən ilin noyabr ayının 21-dən kartla ödəniş dayandırılıb. Artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, kart sistemi bərpa edilməyib.
Sakinləri dinlədikdən sonra üz tutduq "Sumqayıt Nəqliyyat-1" MMC-yə. Qurumdan şifahi olaraq problemə aydınlıq gətirildi. Bildirildi ki, kart sistemi yenidən 2023-cü ilin mart ayında tətbiq olunacaq və yaranan problemlər aradan qaldırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, 2022-ci il bitmək üzrə olsa da, Sumqayıt nəqliyyatı AYNA-nın idarəetməsinə verilməyib.
Sumqayıt Avtomobil Nəqliyyatı İlə Sərnişindaşıma İdarəsindən isə məsələ ilə bağlı şifahi olaraq bildirildi ki, proses artıq başlanıb, təhvil-təslimlə bağlı işlər aparılır. Ancaq prosesin nə vaxt başa çatacağı ilə bağlı dəqiq tarix bilinmir.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib