Bu ərazilərə qar yağacaq - PROQNOZ AÇIQLANDI

# 14:59
15 noyabr 2022

Noyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761-ə enəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR