Bank Of Baku

Bu gün şəhid olan hərbçimiz kimdir?

# 14:25
11 may 2023

Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakinidir.

Oxu.az məlumat yayıb ki, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub. Şəhidimiz subay olub.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR