Bu gündən televiziya kanallarının yayım forması dəyişir

# 19:10
28 yanvar 2022

Bu gündən "Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD,  yəni yüksək dəqiqlikli formatda yayıma keçir.

APA TV  xəbər verir ki, bu, yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir: ”HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir”.

Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün video təlimatda göstərilən ardıcılıqla format qurulmalıdır.

Semral Cavad
APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR