Bu il yanğınlarda həlak olanların sayı açıqlandı

# 15:35
23 oktyabr 2021

Bu il respublika ərazisində 1805 yanğın hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib.

 

Bildirilib ki, yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 104 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 8 nəfər və ya 25% az, xəsarət alanlar üzrə 4 nəfər və ya 4% çoxdur.

 

Bundan başqa, il ərzində ölkədə 57 partlayış hadisəsi baş verib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 6 hadisə və ya 13% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 54 nəfər xəsarət alıb, 7 nəfər isə xilas edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR